Class Upgrade xidməti

"Azərbaycan Hava Yolları"-nın reyslərinə "Class Upgrade"

 

"Azərbaycan Hava Yolları"-nın reyslərinə "Class Upgrade" - xidmət sinfinin artırılması xidməti yalnız aviaşirkətin satış ofislərində və təmsilçisi olan rəsmi agentliklərində aparılır.

Daha rahat səyahət etmək üçün Ekonom-Sinif sərnişinləri öz yerlərini Biznes və ya Premium Ekonom siniflərindəki yerlərə dəyişə bilərlər.

Eyni zamanda xidmət sinfini “Premium Ekonom”dan “Biznes” sinfinə qədər artırmaq da mümkündür.

“Class Upgrade” xidmətindən sonra Siz Biznes Sinif salonunda rahat oturacaqlardan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Biznes zala (AZAL Lounge) giriş hüququnu əldə etmiş olursunuz.

  Qeyd: Baqajın daşınması norması yeni xidmət sinfinə uyğun olaraq təqdim ediləcək. Təyyarədə qida ilkin əldə edilmiş aviabiletin xidmət sinfinə uyğun olaraq təqdim edilir.