Ekonom Sinif

Bizimlə Ekonom Sinifdə səyahət edərkən yüksək səviyyəli xidmət standartlarından zövq alın.

Ekonom Sinif “Azərbaycan Hava Yolları” şirkətindən əlverişli qiymətə əldə etmək istədiyiniz hər növ rahatlıq və üstünlükləri təmin edərək, xüsusi reyslər istisna olmaqla, beynəlxalq reyslərdə bütün növ ekonom sinif xidmətlərini təqdim edir.

"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə Azərbaycan və xarici dövri nəşrlər təqdim edir, onların seçimi reysin istiqamətindən asılı olaraq sərnişinlərə təklif olunur.

Qarşınızdakı oturacağın cibində yerləşdirilən «Azerbaijan Airlines»* bort jurnalını, «On-Board Sales Catalogue»* və «Ideal»* jurnallarını nəzərdən keçirə bilərsiniz.

Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həmçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.

Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue»* jurnalının səhifələrinə nəzər yetirərək parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.

Ekonom Sinif biletlərinə 23 kiloqrama qədər çəkidə 1 yer baqaj və 10 kiloqrama qədər çəkidə 1 yer əl yükü daxildir. Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Bakı-Nyu-York-Bakı istiqamətindəki (və ya əksinə) uçuşlarda, Ekonom Sinifli sərnişinlərinə 2 yer (hər biri 23 kq artıq olmamaq şərtilə) pulsuz baqajın daşınmasına icazə verilir. Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Uçuş vaxtınıza və təyinat məntəqəsinə uyğun geniş çeşidli içkilər və dadlı yeməklər təqdim olunur. Sərnişinlərə hər qidalanmadan öncə nəm dəsmal təklif olunur. 4 saatdan çox davam edən uçuşlarda, özünəxidmət bufetində içkilər təklif olunur.

Uçuşa ən azı 24 saat qalmış Sizin pəhriz ehtiyaclarına cavab verən xüsusi yeməkləri öncədən sifariş verə bilərsiniz.

Səyahət dəsti sayəsində uçuş uşaqlar üçün belə hiss olunmadan keçəcək. Əyləncəli oyunlar, təkrar istifadə edilə bilən rəsm lövhəsi, rəngli karandaşlarla rəngləmə tapmacası və uşaq yuxu maskası olan sehrli uşaq dəsti (4-10 yaş) təqdim edirik (bu dəst dörd saatdan çox davam edən uçuşlarda verilir).