“Azərbaycan Hava Yolları” daim öz marşrut şəbəkəsini genişləndirmək üzərində işləyir - bir çox müntəzəm marşrutlarla yanaşı, daşıyıcı tez-tez yeni mövsümi və çarter marşrutları açır.
AZAL öz sərnişinlərinə ən müasir xidmətləri, eləcə də səyahəti mümkün qədər rahat etmək üçün bütün texnoloji həllər təklif edir.
Azərbaycanın mülki aviasiya təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam uyğundur və AZAL ən nüfuzlu mülki aviasiya assosiasiyasının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. Azərbaycanın milli aviadaşıyıcısı həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin üzvüdür.