Azerbaijan Airlines tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirir və öz sərnişinləri üçün planetin ən mənzərəli guşələrindən birinə yol açır.
AZAL-ın mətbuat xidməti xəbər verir ki, aviaşirkətin Bakıdan Maleyə (Maldiv Respublikası ada dövlətinin paytaxtı) ilk reysi noyabrın 8 - nə planlaşdırılıb, bu gündən etibarən uçuşlar həftədə iki dəfə-cümə və bazar günləri həyata keçiriləcək.
Bu uçuş həm Azərbaycan vətəndaşları, həm də tranzitlə uçan turistlər üçün səyahət müddətini xeyli azaldır. Vaxtını və rahatlığını qiymətləndirənlər üçün mükəmməl bir həlldir.